HƏSƏN ŞAHVERDİYEV ADINA YENİ TAM ORTA MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLİB
30 09 2019 tarixində Babək rayonununun Kültəpə kəndində, yeni Kültəpə tam orta məktəb binası istifadəyə verilib.
Çox sevindirici bir haldır ki, həmin məktəb Sədərəkdə 125 il bundan əvvəl Sədərək məktəbinin banisi Şahverdiyev Həsənin nəvəsi şəhid Şahverdiyev Həsənin (Səttar Şahverdiyevin oğlu) adına verilib və məktəbin həyətində şəhid Həsən Şahverdiyevin büstü qoyulub.
360 şagird yerlik 3 mərtəbəli məktəb binası ən müasir tədris infrastrukturuna malikdir. Məktəbdə 20 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı vardır. Məktəb zəngin kitabxana fonduna malikdir. Hazırda kitabxanada 2024-ü dərslik və 2937-si bədii ədəbiyyat olmaqla 4961 kitab vardır. Eyni zamanda təhsil ocağında yeni texnologiyaların tətbiqi diqqətdə saxlanılmış, sürətli internetə çıxış imkanı yaradılmış, 19 kompüter, 3 elektron lövhəli sinif istifadəyə verilmişdir.
Kültəpə kəndinin inkişafının daim diqqətdə saxlanılması və aradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə minnətdarlıq edirik.

Comments
Post a Comment